AZ

Livan və İsrail arasında atəşkəs razılaşması qüvvəyə minib

Livan və İsrail arasında atəşkəs razılaşması ABŞ-Fransa təşəbbüsünə uyğun olaraq yerli vaxtla saat 04:00-da qüvvəyə minib.

Bu haqda “Ən-Nahar” qəzeti məlumat yayıb.

Sənəd Livan ordusunun bölmələrinin BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə cənub sərhədi boyunca mərhələli şəkildə yerləşdirilməsini nəzərdə tutur.

Razılaşmaya uyğun olaraq İsrail ordusu da tədricən qoşunlarını Livanın cənubundan çıxaracaq.

Nəşrin məlumatına görə, Livan hakimiyyəti ölkədə qeyri-qanuni silahlı birləşmələrin fəaliyyətinin və qaçaqmalçılıq yolu ilə onlara silah verilməsinin qarşısını almağı öhdəsinə götürəcək.

Silah və sursat istehsalı ilə məşğul olan bütün qanunsuz obyektlər söküləcək, silah ehtiyatları müsadirə olunacaq.

Seçilən
1
6
veteninfo.az

7Mənbələr