Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda cari ilin yanvar-sentyabr aylarında həyatın yaşam sığortası üzrə 501 milyon 232 min manat sığorta haqqı yığılıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 17,9% və ya 76 milyon 151 min manat çoxdur.
Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 150 milyon 148 min manat və ya 60,1% artaraq 400 milyon 77 min manata çatıb.
Qeyd edək ki, ötən ilin eyni dövründə yaşam sığortası üzrə yığımlar 425,1 milyon manata, ödənişlər isə 249,9 milyon manata bərabər olub.