AZ

HƏMAS Qəzza zolağında atəşkəsə hazır olduğunu açıqlayıb

Fələstinin Həmas hərəkatı Livan və İsrail arasında atəşkəs elan edildikdən sonra Qəzza zolağında atəşi dayandırmağa hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə qrupun nümayəndəsinə istinadən "Frans Press" agentliyi məlumat yayıb.

İsrail Müdafiə Qüvvələri ilə Livanın şiə Hizbullah hərəkatı arasında bir gün əvvəl imzalanan atəşkəs razılaşması noyabrın 27-də qüvvəyə minib.

ABŞ prezidenti Co Bayden bildirib ki, sənəd hərbi əməliyyatların daimi dayandırılması və mülki əhalinin Livan-İsrail sərhədi boyunca zərər çəkmiş ərazilərə qayıtması üçün şərait yaradılmasını ehtiva edir.

Seçilən
38
2
operativmm.az

3Mənbələr