AZ

Neftinin qiyməti düşüb

Fins.az - WTI markalı xam neftin qiyməti Asiya ticarət sessiyasında düşüb.

Nyu-York Əmtəə Birjasında yanvar ayı üçün tədarük ediləcək WTI neft fyuçerslərinin qiyməti 68,76 dollar səviyyəsində ticarət olunur ki, bu da 0,01% azalma deməkdir. Sessiya ərzində minimum qiymət bir barel üçün 68,06 dollar olub, maksimum müqavimət səviyyəsi isə 71,51 dollar təşkil edir.

Dolların möhkəmlənməsi müşahidə olunur
USD indeksi, yəni ABŞ dollarının altı əsas valyutaya qarşı qiyməti, 0,12% artaraq 106,84 səviyyəsinə yüksəlib. Bu isə bazar iştirakçılarının diqqətini dolların möhkəmlənməsinə yönəldir.

Brent markalı neftin qiymətində cüzi azalma
ICE birjasında ticarət olunan Brent markalı neftin fevral tədarükü üzrə fyuçerslərinin qiyməti 0,06% azalaraq 72,28 dollar səviyyəsinə düşüb. Brent və WTI nefti arasındakı qiymət fərqi isə hazırda 3,52 dollar təşkil edir.

 

Seçilən
1
fins.az

1Mənbələr