Bakı. Trend:
BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası TərəflərKonfransının 29-cu sessiyası öz möhtəşəm nəticələri ilə bütündünyanı heyrətləndirdi. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənabİlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlimdiplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə etdiyipaylaşımında Bakı COP tədbirinin ən möhtəşəm COP-lardan biri kimitarixə düşəcəyini xüsusi vurğulayıb.
Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov mətbuataaçıqlamasında deyib.
Millət vəkili bildirib ki, 80 dövlət və hökumət başçısının,qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-unçox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymətalmaq qürurverici haldır. “Yaşıl dünya naminə həmrəylik” şüarınırəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək tərəflərarasında danışıqların qərəzsiz aparılması üçün bütün imkanları ənyüksək səviyyədə təqdim edə bildi. Dövlət başçımızın təşəbbüsü vəsəyləri ilə bütün proses boyunca Azərbaycan, ilk növbədə, inkişafetməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən azinkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldəetməyə çağırışlar etdi. Eyni zamanda da ölkəmiz müstəmləkəidarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyətçəkən xalqlar və regionlar ilə həmrəyliyini bir daha nümayişetdirdi. Bütün bunların nəticəsi olaraq, dünya tarixi Bakınailiyyətinə şahid oldu.”
K.Qafarov 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsinin hədəfseçilməsinin möhtəşəm nailiyyət olduğunu vurğulayıb: “CənabPrezident İlham Əliyevin dediyi kimi, Bakı əhəmiyyətli artımnümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsiüçün yeni qlobal hədəf qarşıya qoydu. Bununla da Bakı MaliyyəMəqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlərgözləntiləri çox üstələmiş oldu. Bu isə bilavasitə AzərbaycanınCOP29-un Sədri olaraq apardığı intensiv, çoxtərəfli diplomatiyanəticəsində əldə olunmuş nailiyyətdir. Bu qərar qlobalinvestisiyaların yeni dalğasına təkan verəcək. Əldə olunmuş dahabir görkəmli nailiyyət “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrəBakı Təşəbbüsü”dür. Bu təşəbbüsə əsasən 8 BMT agentliyi, 3çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanatqəbul edilmişdir ki, həmin bəyanat çərçivəsində də İqlimDavamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbuledildi və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə DavamlılıqKoalisiyası yaradıldı” .