UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Qarabağ"ın qonağı olacaq "Lion" Bakıya gəlib.
QOL.az xəbər verir ki, Fransa təmsilçisi dünən gecə Azərbaycana çatıb.
"L'Equipe" nəşrinin yazdığına görə, komandanın baş məşqçisi Pyer Saj iki futbolçusu - hücumçular Vilfred Zaha və Qift Orbanı bu matça cəlb etməyib. Son vaxtlar onların oyununda gerilmə olduğu üçün baş məşqçinin belə qərar verdiyi bildirilir. Əvəzində isə heyətə 17 yaşlı gənc oyunçu Enzo Molebe dəvət edilib.
Bakıya gələn 23 nəfərlik futbolçu heyəti aşağıda adları qeyd edilən futbolçulardan ibarətdir:
Qapıçıar: Benqi, Dekamp, Perri
Müdafiəçilər: Abner, Kaleta-Kar, Kumbedi, Mata, Niahate, Omari, Talyafiko
Yarımmüdafiəçilər: Meytlend-Naylz, Kakere, Matiç, Tessmann, Tolisso, Veretu
Hücumçular: Benrahma, Çerki, Fofana, Lyakazett, Mikautadze, Molebe, Nuama.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.