AZ

61 yaşlı qadın ana oldu

Şimali Makedoniyada 61 yaşlı qadın ana olub.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Kirill və Methodius Universitetinin Ginekologiya və Doğum Klinikasının direktoru İrena Aleksiovska Papestiev danışıb.O bildirib ki, çəkisi 2,3 kiloqram, boyu 48 santimetr olan körpəyə Petar adı verilib.

Aleksiovska Papestiev hamiləliyin dondurulmuş yumurtalıqlar vasitəsilə invitro mayalanma ilə baş verdiyini deyib. Həkim əlavə edib ki, bu hadisə Şimali Makedoniyada bir ilkdir.

Qadının hamiləlik prosesi ölkə daxilində maraqla izlənilib.

61 yaşında ilk dəfə uşaq dünyaya gətirən qadın ölkədə doğum edən ən yaşlı qadın olub.

Billurə Yunus
 

Seçilən
2
3
paralel.az

4Mənbələr