AZ

Ağadadaş Ağayev yenidən hakim qarşısına çıxarılır

Sabah, noyabrın 28-də Xalq artisti Ağadadaş Ağayev növbəti dəfə müttəhim kürsüsünə oturacaq.

Publika.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçiriləcək prosesə hakim Vüsal Tağıyev sədrlik edir.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə - silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. İş üzrə 2 zərərçəkmiş şəxs tanınıb. Bu şəxslər “MedEra Hospital”ın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilovdur.

Seçilən
3
1
publika.az

3Mənbələr