AZ

Hirsindən başını və burnunu cırdı: “Özümü incitmək istədim” - FOTO

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Feyenoord”la matçda (3:3) əsəblərinin öhdəsindən gələ bilməyib.

Sportinfo.az xəbər verir ki, ispaniyalı çalışdırıcı mətbuat konfransında gülümsəyərək, başını və burnunu dırnağı ilə cızdığını etiraf edib:

“Bəli, barmağımla, dırnağımla etdim. Özümü incitmək istədim”.

“Şəhərlilər” 75-ci dəqiqəyə qədər hesabda 3:0 öndə olsa da, sonda üç qol buraxaraq qələbəni əldən verib. Komandanın qələbəsizlik seriyası ardıcıl 6 matça qədər uzanıb.

“Mançester Siti” “unikal nailiyyət” əldə edib. Belə ki, əvvəllər Çempionlar Liqasında 75-ci dəqiqəyə qədər 3 top fərqi ilə öndə olan heç bir komanda matçdan qələbəsiz ayrılmayıb.

Seçilən
6
sportinfo.az

1Mənbələr