Keçmiş futbolçu Mixail Kavelaşvili hakim "Gürcü Arzusu" partiyasından Gürcüstan prezidentliyinə namizəd olduğunu partiyanın fəxri sədri Bidzina İvanişvili açıqlayıb.Kavelaşvili 1990-cı illərdə "Dinamo Tbilisi", "Mançester Siti" və "Alaniya"da çıxış edib. Futbolçu karyerasında sonuncu klubu 2005-2006-cı illərdə çıxış etdiyi İsveçrənin "Bazel" klubu olub. 2016-cı ildə Kavelaşvili “Gürcü Arzusu”ndan parlamentə seçilib, bu ilin martında isə “Gürcü Arzusu”ndan bir neçə nəfərin yaratdığı “Xalqın Gücü” qrupuna qoşulub.Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək, onlar ilk dəfə dolayısı ilə olacaq - dövlət başçısını seçicilər kollegiyası seçəcək.
Eltun Məmmədov
Diqqət Çəkənlər
Britaniya səfiri: “Biz İranla müharibədə İsrailin yanında olacağıq”
Estoniya xarici qoşunlara deyil, Ukraynaya pul göndərməyə çağırıb
Almaniyada məscidlərdən birində 13 yaşlı qızlar üçün “evliliyə hazırlıq” kursları təşkil olunub