“Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin əsası vətəndaşın rifahıdır. Onun sosial təminatı birbaşa olaraq daim hökumətin nəzarətindədir. Cəmi 5 ildir ki, 4 böyük sosial islahat paketi həyata keçirilir”.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bu dövrdə islahat paketləri 4 milyon insanı əhatə edib:
“Hər ilin dövlət büdcəsindən əhaliyə 7 milyard manat ödənişlərin ayrılmasının nə demək olduğunu hər bir millət vəkili çox gözəl başa düşür”.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta