Ermənistanda Qarabağ döyüşlərində öləndöyüşçülərə qarşı aqressiya var.
Adalet.az xəbər verir ki, bu fikri facebook istifadəçisi Albert Qriqoryan deyib. O, bir qrup məktəblinin ölən döyüşçülərin abidəsini rəng tüpləri ilə ləkələməyə çalışdığı bir video paylaşıb.
“Bunu bura qoyuram və çalışacağam ki, söyüş yazmayım . Həmişə demişəm ki, bu yeni nəsildən qorxuram, ondan çəkinirəm. Müqəddəs xaçkarlarımız sprey boya ilə boyanıb. Və İrəvanda “qəhrəmanlar”mıza həsr olunmuş bölmə, xaçkarar, üçrəng rənglənərək çirkləndirilir. Sizcə, bura belə hala salınacaq yerdir? Bu əclaflar gələcəkdə nə olacaqlar, bu əclafların valideynləri hardadır? Həqiqətən də bilmirəm, qorxulu nəsli yetişir”, – deyə istifadəçi yazıb.
Qeyd edək ki, ötən ay bir erməni qadın binanın girişində divara yapışdırılmış Qarabağda ölmüş erməni əsgərlərinin barelyefinə rəng sıxaraq onları təhqir etmişdi.