AZ

Yanvardan etibarən növbəti sosial islahat paketi olacaq – Nazir

Bakı. Trend:

Cəmi 5 illik bir dövrdə Azərbaycanda dörd böyük sosial islahatpaketi həyata keçirilib. Növbətinin anonsunu ölkə başçımız verdi.Yanvardan etibarən növbəti sosial islahat paketi olacaq.

Trend xəbərverir ki, bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanıəmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, dörd sosial islahat paketi 5 illik dövrdədörd milyon insanımızı əhatə edib, 7 milyard manat vəsaitayrılıb:

"Sizin hər biriniz dövlət büdcəsini qiymətləndirirsiniz. Hərilin büdcəsində əlavə 7 milyard manat əhaliyə ödənişlərinartırılmasının nə demək olduğunu millət vəkillərimiz hər kəsdəngözəl başa düşür.

Qısa bir dövrdə ölkədə minimum əməkhaqqı 2,7, minimum pensiyaisə 2,5, orta aylıq pensiya 2,4 dəfə artıb.

Ən həssas təbəqədən olan, müavinət və təqaüd alan insanlarınödənişləri 5 dəfə artıb. Bu dövrdə əmək müqavilələrinin sayında 600minə yaxın artım oldu. Ölkənin əməkhaqqı fondu 3 dəfə artdı".

Seçilən
5
7
az.trend.az

10Mənbələr