"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda "Lion"la (Fransa) keçiriləcək oyundan əvvəl mətbuat konfransı baş tutub.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə oyun barəsində fikirlərini bildirib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb:
"Çox keyfiyyətli komandaya qarşı oynayırıq. Oyun sistemi olaraq, fərdi oyunçuların bacarığı olaraq belədir. Bizim üçün vacib matçdır. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, sabahkı matçda diqqətli olaq. Bu çox vacibdir. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək, uğurlu nəticə əldə edək".
- Marko Veşoviç və Mateus Silvanın hazırlıq durumu imkan verir ki, ilk dəqiqələrdən meydana çıxsınlar?
- Pis deyil. Hər iki futbolçunun hazırlığı yaxşı səviyyədədir. Bu gün və sabah tam qəti qərar verəcəyik ki, onlar əsas heyətdə olacaq, ya yox. Ümumi hazırlıqlarından bu günə razıyam.
"Sabah" - "Səbail" matçının biletləri satışda
"Kür-Araz"dan darmadağın, Şamaxıda 5 qol
Yassin Benzia: “Hər zaman “Lion”a minnətdar olacam”
Vasili Berezutski: “Sahib olduğum keyfiyyətləri həyata keçirməyə çalışacam”
Danışılmış oyunlarla bağlı seminar keçirilib