AZ

Paşinyan Astanaya getməyəcək: Səbəb bəllidir

Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada keçiriləcək sammitində iştirak etməyəcək.

Publika.az "24news"a istinadən xəbər verir ki, bunu respublikanın Nazirlər Kabinetinin rəhbərinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

Onun sözlərinə görə, Ermənistanın KTMT üzvlüyünün dondurulması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Qeyd edək ki, eyni fikri ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan da bildirib.

Xatırladaq ki, Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev Ermənistanın sammitdə iştirakdan imtina etdiyini açıqlamışdı.

Seçilən
3
publika.az

1Mənbələr