AZ

İqlim dəyişikliyinə qarşı mübarizədə gənclərin iştirakı vacib şərtdir- ÖZƏL

"COP29-un ən mühüm nəticələrindən biri, inkişaf etməkdə olan ölkələrə 2035-ci iləqədər 1,3 trilyon ABŞ dolları həcmində maliyyə təmin etmək üçün yeni qlobal hədəfin müəyyənləşdirilməsi oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Bu maliyyə, istixana qazlarının azaldılması, uyğunlaşma tədbirlərinin gücləndirilməsi və itki və zərərin kompensasiya edilməsini əhatə edir. Qərar, xüsusilə karbon emissiyalarını azaltmaqda çətinlik çəkən ölkələrin daha çox texnoloji və maliyyə dəstəyi əldə etməsinə şərait yaradacaq.

İnklüziv yanaşmanın digər mühüm aspekti, texnoloji biliklərin paylaşılması və inkişaf etməkdə olan ölkələrə texnologiya transferini asanlaşdırmaqdır. COP29 çərçivəsində qəbul edilən qərarlar, yaşıl texnologiyaların daha geniş miqyasda tətbiqi üçün mexanizmlərin yaradılmasınınəzərdə tutur. Bu, enerji keçidini sürətləndirmək və karbon neytrallığını təmin etmək baxımından strateji əhəmiyyət daşıyır.

Konfransda gender bərabərliyi vəgənclərin iştirakının artırılması məsələləri də diqqət mərkəzində oldu. İqlim dəyişikliyinə qarşı mübarizədə qadınların və gənclərin fəal iştirakı, inklüziv yanaşmanın əsas komponenti kimi təqdim edildi. Bu yanaşma, sosial ədalətin təmin edilməsində mühüm rol oynayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr