AZ

Bu şəxslərin gəlirlərinin 75 faizi vergidən azad edilir

Bakı. Trend:

Növbəti ildən illik dövriyyəsinin həcmi 45 min manatadək olanbir sıra xidmət sahələri üzrə fəaliyyət göstərən mikrosahibkar olanfiziki şəxslər əldə etdikləri gəlirlərinin 75 faizi hər hansı şərttətbiq edilmədən (3 işçi və məcburi dövlət sosial sığorta haqqıüzrə borcun olmaması tələbi) vergidən azad edilir.

Trend xəbər verir ki, bubarədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəedilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksinitapıb.

Qeyd edilən xidmət sahələri aşağıdakılardır:

- Proqram təminatının işlənməsi;

-layihə-dizayn və dekorasiya sahəsində xidmətlər;

- tərcümə xidmətləri;

- reklam xidmətləri;

- araşdırma və tədqiqat sahəsində fəaliyyət;

- elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilənxidmətlər;

- Hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrəməsləhət xidmətləri;

- Jurnalistlərin fəaliyyəti;

- Bazar konyukturunun öyrənilməsi;

- Qiymətləndirmə fəaliyyəti;

- Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqlasifarişlərin çatdırılması və kuryer xidməti;

- Turizm bələdçiliyi;

- İxrac xidməti.

Xatırladaq ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinin102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçisayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqlarıüzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdisahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin75 faizi gəlir vergisindən azad ediliib.

Əlavə edək ki, təklif edilən güzəştlər yalnız fiziki şəxslərəaiddir, hüququ şəxslər isə əvvəlki qaydada (yəni il üzrə orta aylıqmuzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosialsığorta haqları üzrə borcu olmamaq) şərtləri yerinə yetirdikdənsonra güzəştlərdən istifadə edə biləcəklər.

Bu Qanun qəbul ediləcəyi halda 2025-ci il yanvarın 1-dən qüvvəyəminəcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Seçilən
1
26
az.trend.az

10Mənbələr