AZ

Avrasiya İqtisadi İttifaqının sammitinin İrəvanda keçirilməsindən imtina Ermənistanın reputasiyasına xələl gətirir - Xaçatryan

İrəvanda Aİİ sammitinin keçirilməsindən imtina ölkənin reputasiyasına xələl gətirir.

Herbiand.az xəbər verir ki, bu fikirləri brifinqdə müxalifətin “Hayastan” fraksiyasının nümayəndəsi Artur Xaçatryan deyib.

Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, bu il Aİİ-yə sədrlik edən Ermənistanın xahişi ilə Ali Avrasiya İqtisadi Şurasının iclası dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək.

“Bu, artıq ikinci Aİİ sammitidir ki, onun sədrliyi dövründə Ermənistanda baş tutmur, bu, ölkəmizin imicinə ciddi zərbədir” deyən Artur Xaçatryanən sözlərinə görə, Ermənistanın Rusiyadan və Avrasiya İttifaqından iqtisadi asılılığı fonunda bu vəziyyət xüsusilə ağrılı kimi qəbul edilir.

“Ermənistan iqtisadiyyatı indiki kimi Rusiya ilə heç vaxt bu qədər sıx bağlı olmayıb, bunu ixrac məlumatları da sübut edir”.

Xaçatryanın fikrincə, sammitin keçirilməsindən imtina Ermənistanın Roma Statutunu ratifikasiyası ilə birbaşa bağlıdır.

Seçilən
11
herbiand.az

1Mənbələr