AZ

Çox yağlı qidalar sizi depressiyaya salır

Alimlər yüksək yağlı qidaların narahatlıq və depressiyaya səbəb olduğunu açıqlayıblar.

Turkustan.az xəbər verir ki, Kolorado Boulder Universitetində edilən bir araşdırmada, çox yağlı qidaların bağırsaq-beyin əlaqəsi səbəbiylə bakteriyaları poza, davranışı dəyişdirə və narahatlığı artıra biləcəyi göstərilib.

Professor Kristofer Louri və komandası yüksək yağlı qidaların təsirini anlamaq üçün yeniyetmə siçanlar üzərində təcrübə aparıb. İki qrupa bölünən ilk siçan qrupu təxminən 11 faiz yağ ehtiva edən standart qidayla, digər qrup isə doymuş heyvan yağlarından ibarət 45 faiz yağdan ibarət yüksək yağlı qida ilə qidalanıb.

Tədqiqatçılar doqquz həftə ərzində nəcis nümunələri vasitəsilə siçanların bağırsaq bakteriyalarını izləyib və onların davranışlarını qiymətləndiriblər. Araşdırma nəticəsində yüksək yağlı qidalarla qidalanan siçanların nəzarət qrupu ilə müqayisədə daha çox kökəldiyi müəyyən edilib.

Yüksək yağlı pəhriz ilə qidalanan siçanlar, xüsusən də "dorsal raphe" nüvəsi kimi tanınan beyin sapı bölgəsində serotonin istehsalında və siqnalında iştirak edən üç genin daha yüksək ifadəsinə sahib olduğu müşahidə edildi. Bu sahənin stress və narahatlıqla əlaqəli olduğu bildirildi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
1
2
turkustan.az

6Mənbələr