AZ

Kuleba: “Tramp Ukraynaya yardımı dayandırsa, cəbhə çökəcək”

Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Dmitri Kuleba “Politico”ya müsahibəsində Ukraynaya hərbi yardımın gələcəyi ilə bağlı ciddi narahatlığını bildirib.

Musavat.com adıçəkilən nəşrə istinadla xəbər verir ki, onun sözlərinə görə, ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Kiyevə yardımı dayandırarsa, Rusiya ordusu Dnepr, Zaporojye və Poltavaya girəcək.

“Donbasda cəbhə xətti dağılacaq və ruslar Dnepr, Poltava və Zaporojyenin qapıları qarşısında qalacaqlar. Bu, Ukrayna üçün bu münaqişədə ən təhlükəli məqam olacaq”, - deyə eks-nazir əmin olduğunu bildirib.

Kuleba əmindir ki, prezident Vladimir Zelenski Ukraynanın NATO-dan geri çəkilməsini və ərazilərin Rusiyaya verilməsini nəzərdə tutan sülh sazişini imzalamayacaq.

Bununla belə, çoxları Trampın Ukraynadakı münaqişəni həll etməyə qadir olduğuna şübhə edir. Belə bir fikir var ki, amerikalı siyasətçi öz vədini yerinə yetirə bilməyəcək. Tramp vəzifəyə gəldikdən sonra prezident administrasiyasını formalaşdırmalı və yalnız bundan sonra seçkidən əvvəl verdiyi vədləri yerinə yetirməyə başlamalıdır.

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr