Ermənistanın xahişi ilə Rusiyada Avrasiya Ali İqtisadi Şurasının iclası keçiriləcək.
Azpost.info bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.
Onun sözlərinə görə, dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək sammitə Ermənistanın baş naziri Nikol Paşinyan sədrlik edəcək.
“Dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası da keçiriləcək”, – deyə diplomat bildirib. “Görüş Ermənistan tərəfinin xahişi ilə Rusiya ərazisində təşkil olunub. İclasa Ermənistanın baş naziri Paşinyan sədrlik edəcək”.
“Dəvətnamələr göndərilib”, – deyə Rusiya prezidentinin köməkçisi əlavə edib.