AZ

Tramp administrasiyasında yeni vəzifə planlaşdırılır: "Süni intellekt çarı"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Gələcək administrasiyasının formalaşdırılması ilə fəal məşğul olan ABŞ-nin seçilmiş prezidenti Donald Tramp yeni vəzifə - "süni intellekt çarı" təsis etmək imkanını nəzərdən keçirir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Axios" nəşri mənbələrə istinadla xəbər yayıb.
Bildirilir ki, vəzifəni tutan şəxsin ABŞ-nin süni intellekt texnologiyalarının inkişafında lider rolunu təmin etmək məqsədilə dövlət və özəl resurslara nəzarət edəcəyi gözlənilir. Lakin qeyd olunur ki, bu məsələ ilə bağlı yekun qərar hələ qəbul edilməyib.
Ehtimal ki, bu vəzifəyə namizədləri Trampın gələcək administrasiya üzvləri - milyarder İlon Mask və sahibkar Vivek Ramasvami təklif edə bilərlər. Hər iki biznesmenin süni intellektlə qarşılıqlı əlaqə təcrübəsi var.
"Süni intellekt çarı" vəzifəsinin təsis edilməsi ideyasını Tramp və onun yaxınları hələ prezident seçkisi kampaniyası dövründə müzakirə ediblər. Respublikaçıların planlarına görə, yeni texnologiyalar dövlət aparatının səmərəliliyini artırmağa, xüsusilə də əlavə xərclərdən və dələduzluqdan xilas olmağa imkan verəcək.
Seçilən
8
oxu.az

1Mənbələr