Türkiyə Livanda atəşkəsin daimi olacağına ümid etdiyini açıqlayıb.
Xarici İşlər Nazirliyi İsrail və Livan arasında əldə olunan atəşkəslə bağlı açıqlama verib.
Açıqlamada “Livanda atəşkəsin yaradılması üçün aparılan danışıqların müsbət nəticəsini alqışlayırıq və atəşkəsin daimi olacağına ümid edirik” ifadələri işlədilib.
Açıqlamada o da vurğulanıb ki, Türkiyə Livanda sülhün bərqərar olması üçün lazımi dəstəyi verməyə hazırdır. Beynəlxalq ictimaiyyət atəşkəsə ciddi şəkildə riayət etmək və Livanda vurduğu ziyanı ödəmək üçün İsrailə təzyiq etməlidir. Türkiyə Livanda sülhün bərqərar olması üçün lazımi dəstəyi təmin etməyə hazırdır. Fürsətdən istifadə edərək xatırlatmaq istərdik ki, regionda sülh və sabitliyin təmin edilməsi üçün Qəzzada yaxın zamanda daimi və hərtərəfli atəşkəs elan edilməlidir. İsrail isə təcavüzkar siyasətinə son qoymalıdır.
Qeyd edək ki, Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması yerli vaxtla saat 04:00-da qüvvəyə minib.