AZ

Türkiyədə Əlcəzair sərmayəli şirkətlərin sayı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Əlcəzair kapitalı ilə 38 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 36 şirkət azdır.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Əlcəzair şirkətlərinin məcmu kapitalı 87 milyon 890 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 52 milyon 590 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-oktyabr ayında Əlcəzair şirkətlərinin əksəriyyəti İstanbulda (36) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Əlcəzair şirkətlərinin ümumi kapitalı 52 milyon 440 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2024-cü ilin yanvar-oktyabr ayında Türkiyədə Əlcəzair kapitalı ilə 48 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Seçilən
3
28
turkic.world

10Mənbələr