AZ

Trampın bu siyasəti dünya ticarətini təhlükə altına sala bilər

ABŞ-nin yeni prezidenti Donald Trampın tətbiq edəcəyi sərt gömrük rüsumları qlobal ticarəti məhv edə bilər.

Busaat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Qeyd edilib ki, analitiklər tariflərin artırılmasının ABŞ-nin təkcə xarici deyil, həm də daxili bazarına mənfi təsir göstərəcəyinə əminliklərini bildiriblər. Nəticədə qiymətlər daha da artacaq ki, bu da istehlakçıların narazılığına səbəb olacaq.

Qeyd edək ki, bu yaxınlarda Tramp bütün Meksika və Kanada mallarına 25% rüsum tətbiq edəcəyinə söz vermişdi.

Avropa ölkələri D.Trampın bəyanatlarını ehtiyatla izləyir. Üstəlik, ölkələr öz reaksiyalarını əvvəlcədən planlaşdırmağa başladılar. Belə ki, “Politico”nun məlumatına görə, Tramp bütün xarici idxala 10-20% rüsum tətbiq edərsə, Böyük Britaniya ABŞ-dan bir sıra malların idxalına tarifləri qaytarmağa hazırdır.

Zeyd Bağırzadə

Seçilən
0
1
busaat.az

2Mənbələr