PSJ-nin yarımmüdafiəçisi Marko Asensio La Liqaya qayıda bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Todofichajes” portalı məlumat yayıb.
Qeyd edilib ki, 28 yaşlı vingerə İspaniya çempionatından 2 komanda maraq göstərir.
"Real Sosyedad" və "Sevilya" Asensio ilə maraqlanırlar.
Markonun fransız nəhəngi ilə 2026-cı ilin ortalarına qədər müqaviləsi var.
Futbolçunun transfer dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.
Fransa çempionatının bu mövsümündə Asensio 10 oyun keçirib. Yarımmüdafiəçi 2 qol vurub və 4 məhsuldar ötürmə edib.