AZ

ABŞ səfirliyi: Azərbaycan və NATO arasında əməkdaşlığa töhfə verdiyimizə görə şadıq

ABŞ-nin Azərbaycandakı səfirliyi ölkəsinin Azərbaycan ilə NATO arasında əməkdaşlığa töhfə verməsindən məmnunluğunu ifadə edib.

“İki sahil” xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" sosial şəbəkəsindəki səhifəsinə istinadən ABŞ-ın Bakıdakı səfiri Mark Libbi bildirib.

“Tbilisidəki NATO-nun Əlaqələr Bürosunun rəhbəri Aleksandr Vinnikovla görüşməkdən məmnunam. 30 ildir davam edən Sülh Naminə Tərəfdaşlıq proqramı vasitəsilə Azərbaycanın NATO ilə əməkdaşlığını dəstəkləməkdən qürur duyuruq”, - diplomat vurğulayıb.

Seçilən
0
10
ikisahil.az

10Mənbələr