AZ

İcmadan Fransa telekanalının türkləri təhqir etməsinə

Fransanın ARTE kanalında “Azərbaycanlılar və türklər iki qardaş xalqlardır və eyni vəhşilikləri törətməyə qadirdirlər” kimi Azərbaycana qarşı böhtan və iftiralarla dolu sənədli film yayımlanmışdır.

Publika.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanatında bildirilib.

Son olaraq COP29 zamanı bir sıra Qərb mediasının Azərbaycana qarşı çirkin kampaniyasının şahidi olmuşduq.Yalandan özünü müstəqil media adlandıranlar, “söz azadlığı”ndan dəm vuranlar Azərbaycanofob, islamofob siyasi dairələrin əlində alətə çevrilmişdir. Təəssüf ki, bəzi Qərb mediası “xristian Ermənistan və müsəlman Azərbaycan” hekayəsini yaymaqda davam edir və cəmiyyətləri məsələyə sırf etnik və dini təəssübkeşlikdən yanaşmağa kökləyir.

Seçilən
1
4
publika.az

10Mənbələr