AZ

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində noyabrın 28-dən 29-u axşamadək arabir yağış yağacağı gözlənilir.

Tribunainfo.az  xəbər verir ki, bununla bağlı Milli Hidrometrologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Seçilən
3
49
tribunainfo.az

10Mənbələr