AZ

Leysan, qar yağacaq, sel keçəcək - Bu tarixdən hava KƏSKİN DƏYİŞİR

Bakı və Abşeronda noyabrın 28-dən 29-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.


Bu barədə Pravda.az-a Milli Hidrometrologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, rayonlarda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.


Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Tarix: 27 Noyabr 2024, 16:55   
Seçilən
2
49
pravda.az

10Mənbələr