AZ

Trampın qərarına Meksikadan reaksiya

Noyabrın 5-də ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp dünən verdiyi açıqlamada vəzifəsini icra etməyə başlayanda ABŞ-nin 3 ən böyük ticarət tərəfdaşı olan Meksika, Kanada və Çinə əlavə gömrük rüsumları tətbiq edəcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Meksika Prezidenti Klaudiya Şeynbaum Trampın qərarına reaksiya verib və bunun iki ölkənin iqtisadiyyatına mənfi təsir edəcəyini bildirib.

Gömrük vergilərinin hər iki ölkədə inflyasiyaya və iş itkilərinə səbəb olacağını vurğulayan Şeynbaum Trampla telefon əlaqəsi qurmaq istədiyini və Kanadanın Baş naziri Castin Trüdoya da məktub göndərəcəyini qeyd edib.

Şeynbaum bu qərarın xüsusilə Meksikada fabrikləri olan "General Motors" və "Ford" kimi ABŞ avtomobil istehsalçılarına ağır təsir edəcəyinə diqqət çəkib.

Qeyd edək ki, Tramp Yanvarın 20-də ABŞ prezidenti vəzifəsinin icrasına başlayacaq.

Seçilən
9
cebheinfo.az

1Mənbələr