AZ

Polşa prezidenti Ermənistanın Naxçıvanla sərhədinə yollanıb

Polşa prezidenti Anjey Duda Ermənistana səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyasının əməkdaşları ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə “NEWS.am”a məlumat yayıb.

Bildirilir ki, Polşa prezidenti Ermənistana səfəri çərçivəsində Aİ-nin müşahidə missiyası ilə birgə patrulda iştirak etmək üçün Naxçıvanla sərhəddə yerləşən Arazdəyənə baş çəkib.

Qeyd edək ki, Polşa prezidenti noyabrın 25-də Ermənistana səfər edib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
8
missiya.az

1Mənbələr