Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi ilk erməni peykinin yaradılması proqramı ilə bağlı cinayət işinə baxır.
Herbiand.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə prokurorluğundan bildirilib.
Prokurorluqdan qeyd edilib ki, iş Nəqliyyat və Rabitə Nazirliyinin peyk proqramında mümkün sui-istifadə halları ilə bağlıdır. Lakin işin hansı maddə ilə aparıldığı və təqsirləndirilən şəxslərin olub-olmamasına dair məlumat verilməyib.
Bundan əvvəl mətbuatda Ermənistanın peyk layihəsinin iflasa uğraması, dövlət büdcəsindən ona ayrılan 8 milyon dolların havayı xərcləndiyi barədə xəbərlər yayılmışdı. “Hraparak” qəzeti yazıb ki, bu yaxınlarda “Mülki müqavilə” təşəbbüs qrupunun iclası zamanı Ayrapetyan 8 milyon dollarlıq layihənin tamamilə iflasa uğradığını bildirib.
Bəxtiyar CƏFƏRLİ