AZ

Analitik: Ukraynanın əsas mövqeyi Donbas və Luqansk olmalıydı

Ukrayna qüvvələri cəbhənin iki kritik sektorunda - Kursk vilayətində və Donetsk bölgəsində amansız təzyiq altındadır. Bu barədə "Forbes"in analitiki Devid Aks bildirib. O qeyd edib ki, ukraynalılar təzyiq altında olsa da, Ukraynanın şimal-şərqindəki Xarkov vilayətinin Kupyansk bölgəsində uğur qazana bilər. O xatırladıb ki, ötən gün Ukrayna hərbçiləri rus qoşunlarını Kupyanskdan geri çəkilməyə məcbur edib. Eyni zamanda söyləyib ki, 25-ci motoatıcı briqadadan olan Rusiyanın hücum qrupları iki həftə əvvəl şəhərə daxil olub. Rus qoşunları da qayıqlarla Oskol çayını adlayaraq, Kupyanskın müdafiəçilərindən yan keçməyə çalışıblar. Lakin ukraynalılar bu manevri dəf ediblər. Aks vurğulayıb ki, 
Hücum həmişə daha çox resurs tələb edir və rusların bölgədə personal və material baxımından üstünlükləri Kupyanskdakı qazanclarını saxlamaq üçün kifayət deyildi. 

Politoloq Turan Rzayev “Sherg.az”a vurğulayıb ki, Ukraynanın Rusiya ilə müharibədə qələbə qazana bilməyəcəyi bəlli idi:

“Hazırda iki ölkə arasında gedən savaşda ən aktiv döyüşlər Donbas və Luqansk bölgəsində gedir. Burada Ukrayna tərəfi daha çox ərazini işğaldan azad etməyə çalışsa da, Rusiya əks-hücumlar sayəsində yeri ərazilər işğal etməyi bacarır. Ümumiyyətlə Ukraynanın müharibədə atdığı ən ağılsız addım Kurska hücum idi. Ukrayna işğal olunan əraziləri geri qaytarmaq əvəzinə Rusiya ərazilərinə keçməyə çalışdı. Əgər bu günə qədər Rusiya işğalçı dövlət sayılırdısa, artıq Ukraynada işğalçı dövlətdir. Belə bir situasiya çərçivəsində Ukrayna tərəfinin haqlı durumda haqsız vəziyyətə düşdüyünü deyə bilərik. Ukraynanın əsas mövqeyi Donbas və Luqansk olmalıydı. Ukraynanın digər strateji səhvi isə ballistik və 300 km məsafəni vura biləcək raketlərdən istifadə  etməsiydi. Çünki Ukraynanın Qərbdən ala biləcəyi ikinci ən böyük icazə idi. Amma Ukrayna yenə effektiv nəticə qazana bilmədi. Sadəcə olaraq bununla Rusiyanın nüvə silahından istifadəsini leqallaşdırdı. Rusiya taktiki nüvə silahından istifadə edə bilər ki, bu da Ukraynaya ciddi zərbədir”.
Seçilən
15
sherg.az

1Mənbələr