AZ

"Müəllim yaxşı yetişsə, bu kimi fəaliyyətlərə ehtiyac qalmaz" - Fazil Mustafa

"Bizdə bu günlərdə tərcümə və dil monitorinqi mərkəzləri ləğv olundu". TehsilForumu.Az Redaktor.az-a istinadla bildirir ki, bu barədə millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında aparılan müzakirələr zamanı açıqlama verib."Məktəblərdə "Məktəblinin dostu" kimi fəaliyyətlər hazırladıq. Düşünürəm ki, şagirdin ən yaxşı dostu müəllimdir. Onlar yaxşı yetişsə, bu kimi fəaliyyətlərə ehtiyac qalmaz", - Fazil Mustafa qeyd edib.Deputat distant təhsillə bağlı mövzuya da toxunub: "Məsələn, bəzi insanlar xaricdə onlayn dərslərə qoşulur, yaxşı olardı ki, onların vergi yükü azaldılsın. Bununla distant təhsilin genişlənməsinə şərait yarada bilərik. İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi gələn il 200 min nəfər üçün qısamüddətli onlayn təlim təşkil edəcək. Bu kurslar ölkədə məşğulluğun artırılmasına dəstəkdir".

Seçilən
17
3
tehsilforumu.az

4Mənbələr