AZ

Məzahir Pənahov bununla bağlı siyasi partiyalara müraciət edib

Siyasi partiyalar bələdiyyə seçkilərində fəal olmalıdır və çalışmalıdırlar ki, seçkilırdə daha çox namizədləri olsun.

Olaylar-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bununla bağlı siyasi partiyalara müraciət edib:

"Mən siyasi partiyalara xüsusi müraciət edirəm ki, bələdiyyə seçkilərində fəal iştirak etsinlər. Biz Mərkəzi Seçki Komissiyası olaraq namizədlərin seçkilərdə fəal iştirak etməsi üçün qanunvericiliyin tələblərinə uyğun zəruri imkanları yaradacağıq".

Qeyd edək ki, növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
2
3
olaylar.az

4Mənbələr