Elm və təhsil naziri Emin Əmrullayev ölkədə mövcud olan 4400 məktəbdən 1500-nün bağlanacağı barədə yayılan xəbəri təkzib edib.
Modern.az-ın məlumatına görə, nazir sosial şəbəkədə məsələyə belə aydınlıq gətirib:
“Bu, doğru məlumat deyil. Bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu, əvvəllər də qeyd etdiyim “eşitdiyini və ya oxuduğunu doğru anlamamaq” problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək”.
Xatırladaq ki, 1500 məktəbin bağlanacağı barədə məsələni Milli Məclisdə deputat Ceyhun Məmmədov gündəmə gətirmişdi.