Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin etməsi barədə məlumat yayılıb.
Qeyd olunub ki, sosial şəbəkələrdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun öz bacısı oğlu Ağayev Murad Əsgər oğlunu özünə köməkçi təyin etməsi ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır: “Məlumat üçün bildiririk ki, başçının köməkçisi vəzifəsinə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 27.01.2023-cü il tarixli 11 nömrəli Əmri ilə Əsgərli Hikmət Malik oğlu təyin edilib və hazırda həmin vəzifədə işləyir”.
Qeyd edək ki, təyinatla bağlı iddianı Qaynarinfo.az saytı yaymışdı.