Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin beynəlxalq elmi-praktiki konfransdakı məruzəsinin mövzusu Qulu Ağsəsin yaradıcılığı olub.
Mia.az Kulis.az-a istinadla xəbər verir ki, Lütviyyə Əsgərzadə "Qulu Ağsəsin şeir mətnlərinin təhlili" başlıqlı məruzədə şairin poetik nümunələrindəki bədii məziyyətlərdən, üslub, forma və mövzu müxtəlifliyindən söhbət açıb.