Rusiya Prezidenti Vladimir Putin Astanaya dövlət səfərinə gedib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev paytaxtın hava limanında Rusiya Federasiyasının Prezidentini qarşılayıb.
Bu, Putinin bu il Qazaxıstana ikinci səfəridir.
Görüşlər və danışıqlardan sonra iki ölkənin prezidentləri birgə sənədlərin imzalanması mərasimində iştirak edəcək, 26-27 noyabr tarixlərində Ufada keçirilən Rusiya və Qazaxıstan arasında regionlararası əməkdaşlığın 20-ci yubiley forumunun plenar iclasında videobağlantı vasitəsilə çıxış edəcəklər. /Report/