AZ

Naxçıvanda daha bir federasiya ləğv olundu

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası fəaliyyətini dayandırıb.

Bizim.media xəbər verir ki, federasiya fəaliyyətini dayandırıb və ləğv olunub.

Eyni zamanda, muxtar respublikada Azərbaycan Karate Federasiyasının nümayəndəliyi yaradılıb. Nümayəndəliyin rəhbəri isə Nəriman Quliyev təyin edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası 2002-ci il mart ayının 15-də yaradılmışdı. Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası da fəaliyyətini dayandırıb.

Bizim.Media

Seçilən
59
15
bizim.media

10Mənbələr