Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq icra hakimiyyətinin vahid sistemini yuxarı, mərkəzi və yerli icra hakimiyyəti orqanları təşkil edir. Bu sistem dövlət orqanlarının və qulluqçularının əsas çoxluğunu əhatə edir və geniş hüquqa malikdir. Qanunların icrası icra hakimiyyətinin əsas funksiyasıdır. Azərbaycan Respublikasında icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur.
Qeyd edək ki, yerli icra hakimiyyəti orqanlarının fəaliyyəti özlərinə məxsus veb saytlarında əks olunur. Onların gördükləri işlər PR komandası tərəfindən paylaşılır. Lakin bəzi icra hakimiyyətlərinin veb saytlarında son bir ay ərzində yeniliklərə rast gəlinmir.
Bu zaman belə bir sual ortaya çıxır: Həmin icra hakimiyyətləri iş görmür, yoxsa görülən işlər sayta yerləşdirilmir?
Pravda.az publika.az-a istinadən az qala bir aydır paylaşım etməyən icra hakimiyyətlərini təqdim edir:
Zaqatala Rayon İcra Hakimiyyəti – sonuncu paylaşım 17 oktyabr tarixində olub.