AZ

Ukrayna danışıqlar üçün şərtini açıqladı

”Ukrayna yalnız 2022-ci il, 23 fevral tarixinədək qüvvədə olan sərhədlərinin bərpa olunacağı təqdirdə danışıqlara hazır olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak deyib.

    O bildirib ki, bu addım münaqişənin nizamlanmasında dönüş nöqtəsi ola bilər: “Məhsuldar danışıqlar yalnız hər iki tərəf hərbi əməliyyatları dayandırmaq niyyəti nümayiş etdirərsə mümkündür. Bundan əlavə, ölkəmizin sərhədləri 23 fevral 2022-ci il tarixinədək mövcud olan səviyyədə bərpa edilməlidir. Çünki həmin tarixədək Ukrayanın bir hissəsi işğal edilmişdi”.

    Qeyd edək ki, bir qədər əvvəl rəsmi Kiyev ölkənin 1991-ci ildə mövcud olan sərhədlərinin bərpasını tələb etmişdi.

    Seçilən
    1
    7
    bakivaxti.az

    8Mənbələr