"Bu matçda qələbə qazanmaq istəyirik".
Sitat.info xəbər verir ki, bunu Fransanın "Lion" komandasının baş məşqçisi Pyer Saj Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqası matçından əvvəl mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis yaxşı oyun sərgiləmək üçün Bakıya gəldiklərini bildirib.
O, sabahkı görüşdə az rotasiya edəcəklərini diqqətə çatdırıb.
"Benzia yaxşı formadadır. "Qarabağ"ın heyətində başqa keyfiyyətli oyunçular da var. Biz isə öz oyunumuzu qurmağa çalışacağıq. Xüsusən də avrokubok görüşlərini təhlil etmişik".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.