Xəbər verdiyimiz kimi, Yunanıstanın hava hücumundan müdafiə (HHM) üçün istifadə etdiyi Rusiya istehsalı olan "S-300" zenit-raket kompleksləri və digər iki silah sistemi Ermənistana ötürüləcək.
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Yunanıstanın Ermənistana "S-300" raket sisteminin verilməsi barədə məlumatı şərh edib.
Onun sözlərinə görə, Moskvaya Rusiya hərbi məhsullarının başqa ölkələrə təkrar ixracı ilə bağlı müraciətlər daxil olmayıb:
"30 oktyabr 1995-ci il tarixli ikitərəfli hökumətlərarası hərbi-texniki əməkdaşlıq haqqında sazişin və 3 dekabr 2013-cü il tarixli hərbi təyinatlı məhsulların tədarükü ilə bağlı sazişin maddələrinə tam riayət edilməsinin vacibliyini bir daha xatırlatmaq istəyirik. Bu sazişlər açıq şəkildə Yunanıstana bizim tərəfimizdən verilmiş hərbi texnikanın Rusiyanın razılığı olmadan yenidən ixracını qadağan edir".
Musavat.com