NATO-nun Müttəfiqlər Komandanının müavini Kristian Badia bildirib ki, Qərblə Rusiya arasında qarşıdurma yeni dünya nizamı uğrunda mübarizədir.
Onunla müsahibəniAlmaniyanın "Süddeutsche Zeitung" qəzeti dərc edib.
“Rusiya ilə qarşıdurma təkcə Soyuq Müharibə deyil. Burada yeni dünya nizamından danışırıq”, - deyə hərbçi bildirib.
Badia-ya görə, Rusiya, Çin və İran, Braziliya, Hindistan və Cənubi Afrika ilə birlikdə “Qərbin üstünlüyünü şübhə altına alırlar”.