AZ

Azad edilmiş ərazilərdə investisiya ilə bağlı Qaydalar

Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları” təsdiqlənib.

Apress.az xəbər verir ki, Qaydalar işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə icarəyə verilməsi nəzərdə tutulmuş kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə investisiya müsabiqələrinin keçirilməsinin müvəqqəti qaydalarını müəyyən edir. İnvestisiya müsabiqəsi icarəyə verilən torpaqlardan səmərəli istifadəni təmin edən investisiya layihələrinin seçilməsi məqsədilə keçirilir.

Müsabiqə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) “kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi” altsistemi vasitəsilə təşkil olunur.

Nazirlik müsabiqənin təşkili üçün bu Qaydalara əsasən komissiya yaradır və fəaliyyətini təşkil edir. Müsabiqə keçirilməsi haqqında elan hazırlanmalı və dərc olunmalıdır. Ərizə qəbulu müddəti başa çatdıqdan sonra daxil olmuş ərizələr komissiyaya təqdim edilir. Müsabiqə başa çatdıqdan sonra 3 iş günü müddətində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində müsabiqənin nəticələri haqqında məlumat dərc olunur.

Müsabiqə keçirilməsi haqqında elan müsabiqənin keçirildiyi gündən azı 45 gün əvvəl Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet səhifəsində dərc edilməlidir.

Müsabiqənin qalibi müqavilə üzrə investisiya layihəsinin icrasına başlanıldığı tarixdən etibarən, bu Qaydalarda nəzərdə tutulmuş təşkilati plana əsasən, hər mərhələnin yekununa dair hesabatı növbəti ayın 10-dək EKTİS vasitəsilə nazirliyə təqdim etməlidir.

İnvestisiya layihəsi meyarlara 10 faizədək uyğun olduqda “0”, 11−20 faiz uyğun olduqda “2”, 21−60 faiz uyğun olduqda “3”, 61−80 faiz uyğun olduqda “4”, 81−100 faiz aralığında uyğun olduqda “5” balla qiymətləndirilir.

Seçilən
0
4
apress.az

5Mənbələr