"Bakıda keçirilən COP29-da inkişaf etmiş ölkələr iqlim məqsədlərini maliyyələşdirmək üçün inkişaf etməkdə olan ölkələr qarşısında hər hansı bir məsuliyyətin təsdiq edilməməsi üçün çalışırdılar".
Missiya.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə BAKU TV-nin müvafiq sualını cavablandırarkən deyib.
"Qərbin üsullarından biri də Qlobal Cənubun böyük ölkələri, keçmişdə özləri müstəmləkəçilikdən əziyyət çəkmiş ölkələrin hesabına donorlar dairəsini genişləndirmək cəhdi olub. Burada söhbət neokolonializmdən gedir, onunla razılaşmırıq və mübarizə aparacağıq", - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.
Qeyd edək ki, daha əvvəl COP29 çərçivəsində Almaniyanın xarici işlər naziri Annalena Berbok bir sıra təxribat xarakterli bəyanatlar vermiş, o cümlədən Aİ-nin iqlim maliyyələşdirməsi üçün maliyyə məsuliyyətini danışıqların digər iştirakçılarına ötürməyi təklif etmişdi.
"Hesab edirəm ki, bu məsələdə 360 dərəcə dönüşün lazım olduğu barədə açıqlama verilməməsi ilə azərbaycanlı həmkarlarımızın bəxti gətirib. Bax, bu, əsl nömrə olardı. Hamı düşünərdi ki, görək, bunu necə edirik. Yaxşı ki o, özünü başqa bir axmaq açıqlamadan saxlaya bilib", - Zaxarova Berbokun açıqlamasını şərh edib.
Mariya ZaxarovaRusiya XİNCOP2912