1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasının noyabrın 21-də Tehranı təşkilatla əməkdaşlıq etmədiyi iddiası ilə tənqid edən qətnaməsinə cavab olaraq zənginləşdirilmiş uran istehsalı üçün bir neçə min qabaqcıl qaz sentrifuqasını işə salıb.
Oxu.Az xəbər verir ki, bu açıqlama ilə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami çıxış edib.
"Biz əvvəldən bəyan etmişdik ki, əgər üç Avropa ölkəsi əməkdaşlıq yolu tutmasa və qarşıdurmanı davam etdirsə, o zaman biz mütləq cavab tədbirləri görəcəyik. Cavab tədbiri isə sənayemizin inkişaf proqramı çərçivəsində bir neçə min müasir sentrifuqaya qazın verilməsi prosesinə başlanılmasıdır", - deyə Məhəmməd İslami vurğulayıb.
Bununla belə, Məhəmməd İslami vurğulayıb ki, İranın nüvə proqramı yalnız dinc xarakter daşıyır, AEBA-nın nəzarəti altında həyata keçirilir və uranın zənginləşdirilməsi səviyyəsi hazırda nüvə sənayesinin inkişaf planı ilə müəyyən edilmiş 60 faizi keçmir.