AZ

Bu ölkə ilə bir-birimizə sualımız var, həll edə bilərik - Putin

Moskva və Astananın bir-birinə bəzi sualları var, lakin bu sualları həll edə bilərik və qərarlıyıq. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevlə keçirilən geniş tərkibdə görüşdə deyib.

“Qazaxıstan bizim strateji tərəfdaşımız və həqiqətən etibarlı müttəfiqimizdir”, - Putin bildirib.

O qeyd edib ki, danışıqlarda ikitərəfli proses çərçivəsində yaranan problemlərə diqqət yetirilib, bəzi məsələlər Rusiya tərəfinin diqqətini tələb edir:

"Siz Rusiya tərəfdən, rusiyalı tərəfdaşlardan müəyyən qərarlar gözləyirsiniz, bizim tərəfdən də eyni suallar var".

Putin iki ölkə arasında həll edilə bilməyəcək problemin olmadığını söyləyib:

"Bu münasibətlə biz böyük uğurlar qazanacağıq".

Seçilən
83
2
bakivaxti.az

10Mənbələr